Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək
tələbi ləğv olunub.
Trend xəbər verir ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il
tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:
– Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR
testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi
ləğv edilir;
– Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR
testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus
marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus
marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR
testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.