Azərbaycana gətirilən 3 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Cari ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 286 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzerTimes-a verilən məlumata görə, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 892 kr 692.826 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.


Eyni zamanda qrup halında törədilən 328 fakt üzrə 1 ton 672 kq müxtəlif növ narkotik vasitə və 13766 ədəd psixotrop maddə qanunsuz dövriyyədən götürülüb.

Teqlər: