Xəbər - Cani Babayeva – Trend:
Azərbaycana gəlib aerobika gimnasikası üzrə dünya çempionatına iştirak etmək bizim üçün böyük xoşbəxtlikdir.
Bunu AzerTimes-a braziliyalı gimnastlar Lukas Barboza və Tamires Silva deyiblər.
L.Barboza bildirib ki, bu cür irimiqyaslı yarışda iştirak etmək gözəl hissdir: “Öz hisslərimizi aerobika gimnasikasının bütün pərəstişkarları ilə paylaşmağa çalışırıq”.
T.Silva deyib ki, Bakıda bütün detallar qeydə alınıb: “İdmançılar üçün gözəl şərait yaradılıb, biz bir saniye belə diqqətsiz qalmırıq. Milli Gimnastika Arenasında çox komfortlu və rahatdır”.
Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.
Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.