Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyə Respublikasından ölkəmizə gələn bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt müharibədən əziyyət çəkən 520 şəxsə yardım göstərib.

FHN-dən Trend – ə verilən məlumata görə, FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 520-dək şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib: “Xatırladaq ki, sabahdan etibarən Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.

Qeyd edək ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır”.


Qeyd edək ki, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.

Teqlər: