Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı artıb.

AzerTimes xəbər verir
ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin
yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 138
ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlib.

Gələnlərin 33,1 faizi Rusiya Federasiyası, 24,3 faizi Türkiyə,
13,1 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə
Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi
Ukrayna, 1,9 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi
Qazaxıstan, hər birindən 0,9 faiz olmaqla Hindistan və Oman, hər
birindən 0,7 faiz olmaqla Almaniya və Pakistan, 0,6 faizi ABŞ, hər
birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər
ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 faizini kişilər, 19,0
faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı
658,0 dəfə, Səudiyyə Ərəbistanından – 460,7 dəfə, Küveytdən – 200,6
dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 54,2 dəfə, Bəhreyndən – 36,3
dəfə, İsraildən – 11,0 dəfə, Pakistandan – 9,7 dəfə, Hindistandan –
9,2 dəfə, ABŞ-dan – 4,3 dəfə, Fransadan – 3,5 dəfə, Qazaxıstandan –
3,1 dəfə, Rusiya Federasiyasından – 2,1 dəfə, Böyük Britaniyadan –
2,0 dəfə, Ukraynadan – 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən –
1,8 dəfə, Gürcüstandan – 1,2 dəfə artıb.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz
ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB
ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 56,7 min nəfər,
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq
6,5 min nəfər olub.

Teqlər: