Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
AzerTimes Yeniavaz.com-a istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub:
Şirkət |
Rəhbəri |
İxracın miqdarı |
“MKT İstehsalat Kommersiya” MMC |
Həsənov Rövşən |
79,6 milyon dollar |
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi |
Mohammad Reza |
40,9 milyon dollar |
“P-Aqro” MMC |
Əlizadə Azər |
24,8 milyon dollar |
“STP Alüminium” MMC |
Əliyev Fərhad |
17 milyon dollar |
“Aqrovest” MMC |
Aslanov Maarif |
16,5 milyon dollar |
“ZR-78 Company” MMC |
Gasanov Nasıb |
15,8 milyon dollar |
“Mors Trading” MMC |
Mehmet Savaş Uzan |
14,5 milyon dollar |
“Baku Steel Company” QSC |
Zeynalov Həmid |
12,3 milyon dollar |
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC |
Rzayev Ramiz |
10,6 milyon dollar |
“Azmet” QSC |
İbrahimov Murad |
10,6 milyon dollar |