Azərbaycana əlavə mina xəritələrinin verilməsi azad edilmiş ərazilərin bərpası yolunda atılan ciddi addımdır – Rusiyalı ekspert

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycana əlavə mina xəritələrinin verilməsi azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi və bərpası yolunda atılan ciddi addımdır.

Bunu AzerTimes-a rusiyalı ekspert Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, uzun müddət Ermənistanın nəzarətində olmuş bu torpaqların bərpası üçün Ermənistan tərəfinin məhz bu cür addımları çatışmırdı:

“Bu əraziləri indi bərpa etmək çox çətindir, çünki yerləşdirilmiş çoxsaylı minalar və xəritələrin olmaması bu prosesi ləngidir və böyük resurslar tələb edir. Mina xəritələrinin verilməsi müsbət addımdır və erməni tərəfinin Zəngəzur dəhlizi, nəqliyyat marşrutları məsələsində hazırlığına ümid etməyə əsas verir. Bu addım, həmçinin sərhədlərin delimitasiyası prosesi üçün müsbət mühit yaradır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: