Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov deyib.


Ə.Əmraslanov bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Teqlər: