Bu, mənim Qarabağa ikinci səfərimdir. Ötən il mən Ağdam şəhərinə səfər etmişdim. Bu dəfə isə biz Füzuli və Şuşaya gəldik. Biz bu ərazilərdə Azərbaycanın gördüyü möhtəşəm işlərin şahidi olduq. Regionun durmadan inkişaf etdirilməsinə görə Azərbaycanı təbrik edirəm.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşadakı beynəlxalq konfransın iştirakçısı, Qvatemalanın Türkiyədə fəaliyyət göstərən səfiri Jairo Estrada deyib.
“Qvatemala ilə Azərbaycan arasında yaxşı əlaqələr var. Bu səfərə dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Dünyanın bütün ölkələrindən nümayəndələrin bu ərazilərdə görülən işlərin şahidi olması vacibdir”, – deyə səfir bildirib.
İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işlərindən danışan diplomat qeyd edib ki, Qvatemala Azərbaycana minatəmizləmə sahəsində görülən işlərdə dəstək göstərməyə hazırdır.