Avropa Birliyi (AB) Cənubi Qafqazda sülh, sabitlik naminə göstərilən səyləri dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.
“AB Azərbaycanın ən böyük tərəfdaşı kimi humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcək. Bu yaxınlarda Avropa Komandasına mina əleyhinə başlatdığı təşəbbüsə görə minnətdaram”, – Mixalko qeyd edib.