Azərbaycanı ən çox Rusiyalı turistlər ziyarət etsə də, Hindistan gələn turistlərin sayındakı artıma görə birincidir. Bu ilin ilk 8 ayında ölkəyə gələn turistlərin 28.7 faizi Rusiyanın payına düşüb.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycana daha çox Asiya ölkələrindən turist axını qeydə alınıb:
“Daha sonrakı yerləri 16,2 faizlə Türkiyə, 9,2 faizlə Hindistan, 8,1 faizlə İran, 4,4 faizlə Səudiyyə Ərəbistanı, 4,0 faizlə Gürcüstan, 3,3 faizlə Qazaxıstan, 2,8 faizlə Pakistan, 1,8 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizlə Özbəkistan, 1,5 faizlə Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizlə Belarus bölüşdürüb, və 10,9 faizi digər ölkələrin vətəndaşları olub.
Gələn turistlərin artım sayında isə Hindistanı Cənubi Koreya (2,2 dəfə), Çin (2,0 dəfə), İspaniya (1,8 dəfə), Qırğızıstan (1,6 dəfə), Filippin (1,6 dəfə), Qazaxıstan (1,6 dəfə), Pakistan (1,5 dəfə), İordaniya (1,5 dəfə). Digər ölkələrdə artım dəfə deyil, faizlə ifadə olunur. Göründüyü kimi Asiyadan , Azərbaycana gələn turistlərin sayında kəskin artım qeydə alınıb”.
Ekspert qeyd edib ki, Ərəb ölkələrindən gələn turistlərin sayı da çox olub:
“Bu ilin 8 ayında da Ərəb ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb. Belə ki, həmin müddətdə Körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz, Avropa İttifaqından gələnlərin sayı 27,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 20,5 faiz artıb”.
Vüqar Bayramov bildirib ki, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi vacibdir:
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 8 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.