Azərbaycana birbaşa xarici investisiyalar artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin birinci rübündə Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Hesabat dövründə birbaşa investisiyaların həcmi 1,4 milyard dollara bərabər olub. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xalis çəkisi 89,2 faiz təşkil edib.

2021-ci ilin birinci rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəlikləri 28,5 milyon dollar azalıb. Bu, 1,25 milyon dollar məbləğində cəlb olunmuş investisiya ilə 128 milyon dollar məbləğində kapital repatriasiyası arasındakı fərqlə izah olunur.

Hesabat dövründə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 151,5 milyon dollar təşkil edib ki, bu da 2020-ci ilin birinci rübü ilə müqayisədə 36,1 faiz azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: