Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb

Xəbər - Xaqan İsayev – Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 3,665 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Bu müddət ərzində Böyük Britaniya Azərbaycana 1,235 milyard dollar vəsait qoyub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır.

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin investisiyaları 28,3 faiz artaraq 530,1 milyon dollara çatıb.

ABŞ-ın investisiyaları 411 milyon dollar təşkil edib və 8,3 faiz artıb.

Bundan başqa, hesabat dövründə Malayziyanın investisiyaları 324,9 milyon dollar, Kiprin investisiyaları 231,3 milyon dollar, Yaponiyanın investisiyaları 215,8 milyon dollar, İranın investisiyaları 209,4 milyon dollar, Norveçin investisiyaları 121,7 milyon dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: