Azərbaycana birbaşa xarici investisiyalar 25 faizdən çox artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin birinci yarısında Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz və ya 528,7 milyon dollar çoxdur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Hesabat dövründə birbaşa investisiyaların həcmi 2,64 milyard dollara bərabər olub. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xalis çəkisi 89,2 faiz təşkil edib.

2021-ci ilin birinci rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəlikləri 367,6 milyon dollar azalıb. Bu, 2,18 milyard dollar məbləğində cəlb olunmuş investisiya ilə 2,55 milyard dollar məbləğində kapital repatriasiyası arasındakı fərqlə izah olunur.

Hesabat dövründə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 453,7 milyon dollar təşkil edib ki, bu da 2020-ci ilin birinci rübü ilə müqayisədə 38 faiz çoxdur.

Twitter:@jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: