Azərbaycana avtobusların və yüngül nəqliyyatın giriş qaydası müəyyənləşib

Xəbər - Zeyni Cəfərov – Trend:

Avtobusların, yüngül nəqliyyat vasitələrinin və onların idarə edənlərinin Azərbaycan ərazisinə daxil olma qaydası müəyyən edilib.

AzerTimes-ın Nazirlər Kabinətinə istinadən verdiyi məlumata görə, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Avtobuslar və yüngül nəqliyyat vasitələri və onları idarə edənlərinin Azərbaycan ərazisinə daxil olduqda sərhəd və gömrük nəzarəti aşağıdakı qaydada həyata keçiriləcək:

– sərhəd mühafizə orqanları avtobusların, yüngül nəqliyyat vasitələrinin və onların idarə edənlərinin dövlət sərhədindən keçid məntəqəsinin ərazisinə daxil olmasını təmin edir;

– radioaktiv maddələrin mövcudluğunu yoxlamaq üçün sərhəd mühafizə orqanları göstərilən kateqoriyaları portal radiasiya monitorları vasitəsi ilə yoxlamadan keçirdirlər;

– avtobus və avtomobilləri idarə edən şəxslər sərhəd nəzarət kabinlərinə göndərilir və onlar və nəqliyyat vasitələri haqqında məlumatlar idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminə daxil edilir. Avtobusları və avtomobilləri tərk edə bilməyən sərnişinlərinin (xəstə, əlil) sənədləşməsi sərnişin avtobuslarının idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin mobil stansiyaları tərəfindən həyata keçirilir;

– sərhəd nəzarəti başa çatdıqdan sonra həmin şəxslərə münasibətdə gömrük nəzarəti həyata keçirilir;

– avtobuslardan və yüngül nəqliyyat vasitələrindən istifadə etmək və ya idarə etmək səlahiyyəti olan şəxslər vahid avtomatlaşdırılmış idarəetmə sistemində gömrük orqanları tərəfindən rəsmiləşdirilməsi və rəsmiləşdirilməsi məqsədi ilə məlumat lövhələri ilə işarələnmiş yerlərdə müvafiq sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr) təqdim edirlər;

– Dövlət sərhədindən keçid məntəqəsinə daxil olan göstərilən kateqoriyalı nəqliyyat vasitələrinin sərhəd və gömrük nəzarəti tamamlandıqdan sonra sərhəd mühafizə orqanları onların keçməsini təmin edir.

Twitter: @jafarov_zeyni

Teqlər: