Azərbaycana 65 minə yaxın avtomobil idxal olunub

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 64 954 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə idxal olunan avtomobillərin 60 578-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.

Azərbaycan bu ilin doqquz ayı ərzində 10 və daha çox sərnişintutumlu 141 avtomobil, 93 elektromobil və 8 779 hibrid avtomobil ixrac edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq 4 123 ədəd təşkil edib.


Hesabat dövründə Azərbaycan 659,508 milyon dollar məbləğində avtomobil idxal edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)