Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza “AstraZeneca” vaksini ayrılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin paylanması barədə ilkin hesabatında deyilir.
Vaksinlərin Azərbaycana 2021-ci ilin mayınadək tədarük olunması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin sonunda 21 milyon dollar töhfə ilə COVAX mexanizminə qoşulub.