Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək.
AzerTimes xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.
O qeyd edib ki, qarşıdakı aylarda Azərbaycan Dəmir Yolları QSC və Bakı Metropoliteni QSC yeni qatar və vaqonlarla təchiz ediləcək:
“Həmçinin aviasiya parkı 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür”.