Azərbaycan Zəngəzuru bu cür alacaq – Kolerov

Azərbaycan Zəngəzuru bu cür alacaq – Kolerov

Azərbaycanın növbəti hədəfi Zəngəzurdur.

AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

“Zəngəzurun (Sünik rayonu) anşlüsü (birləşdirmə – Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti – red.) müxtəlif cür ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir”, – o bildirib.

Kolerovin sözlərinə görə, məhz depopulyasiya anşlüsün metodu ola bilər.

Bakının Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmaq bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur:

“Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq”.

Onun fikrincə, əhəmiyyətinə baxmayaraq, anklavlar hələ də kiçik, prinsipsiz, texniki məsələdir və heç kim onlarla bazarlıq etməyəcək:

“Ermənistan indi onunla sövdələşmə etmək vəziyyətində deyil. İrəvanla heç kim bazarlıq etməyəcək”.

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

“İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq və Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək”, – deyə o yekunlaşdırıb.

Teqlər: