Azərbaycan yeni siyasi reallıq yaradıb – Mirziyayev

Azərbaycan yeni siyasi reallıq yaradıb – Mirziyayev

Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakıda Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüşündə çıxışında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilər azad edilib və tarixi ədalət bərpa olunub:

“Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Əminəm ki, bu quruculuq işləri regional əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”.

Teqlər: