Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək.
Trend-in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə brifinq zamanı deyib.
“Azərbaycan çox qısa müddətdə azad edilmiş ərazilərin bərpasına başladı. Ərazilərin bərpası üzrə işlər aparılır, avtomobil və dəmir yolları tikilir, həmçinin Zəngəzur dəhlizinin bərpası üzrə işlər görülür”, – deyə nazir bildirib.
Ş.Mustafayev bildirib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi İranla ticari-iqtisadi münasibətlərin inkişafına genişləndirmək imkanı yaratdı.
“Eyni zamanda biz mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikik”, – nazir vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)