Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycan yaxın zamanlarda bir neçə konvensiya üzrə – azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq Beynəlxalq məhkəmələrə müaricət edəcək.
AzerTimes-ın məlumatına görə bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, üç tərəfli bəyənatın müddəalarının icra edilməsi istiqamətində praktiki addımlar atılması zərurəti var idi.
“Bu məqsədlər üçün mövcud olan platformalarda, həmçinin 2021-ci ildə bu məqsdələ yaradılan yeni platformalarda Azərbaycan dövləti öz mövqeyini ifadə edərək bu istiqamətdə işlər aparıb.
Xarici siyasətimizin əsas prioritetləri həm iki tərəfli, həm çox tərəfli, eyni zamanda Vətən müharibəsinin yaratdığı yeni reallıqlar konteksində bu münasibətləri inkişaf etdirməkdir”, – deyə o, bildirib