Azərbaycan yaxın illərdə kosmosa yeni peyklər buraxa bilər

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan yaxın bir neçə il ərzində yeni aşağıorbitli (müşahidə) peykləri kosmosa buraxa bilər.

Bunu Trend-ə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, yeni peykin orbitə buraxılmasına hazırlıq işləri minimum üç il tələb edir.

“Biz yeni optik müşahidə peyki buraxmağı planlaşdırırıq. Bu istiqamətdə artıq dövlət strukturları ilə danışıqlar aparılır. Azərbaycanda bu gün bu cür peykə ciddi tələbat var. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanın aşağıorbitli (müşahidə) peyki kosmosa buraxılacaq”, – deyə o bildirib.

S.Əsədov xatırladıb ki, Azərbaycanın birinci peyki 2013-cü ildə buraxılıb və onun istismar müddəti 17 il təşkil edir. İkinci telekommunikasiya peyki 2018-ci ildə buraxılıb. Bu peykin istismar müddəti isə 22 ildir.


“Bizim, həm də 2014-cü ildə buraxılmış Yerin distant zondlama peykimiz var. Onun istismar müddəti 10 ildir. Bizin hesablamalarımıza görə bu peyki minimum 12 il, 2026-cı ildək istismrar etmək olar. Hazırda heç bir peykimizin texniki problemləri yoxdur”, – S.Əsədov deyib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)