Azərbaycan “yaşıl” elektrik enerjisi ixracını təşkil etməyi planlaşdırır – Pərviz Şahbazov

Azərbaycan bərpa olunan enerji mənbələrindən hasil edilən
elektrik enerjisi ixrac edən ölkəyə çevrilməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu energetika
naziri Pərviz Şahbazov ərəb KİV-lərinə müsahibəsində deyib.

“Azərbaycan ənənəvi olaraq neft və qaz istehsalçısı və
ixracatçısı hesab olunur, amma, eyni zamanda, həm də elektrik
enerjisi ixrac edir. Biz indi dinamik şəkildə bərpa olunan enerji
mənbələrini inkişaf etdiririk. Biz, həmçinin, “yaşıl” elektrik
enerjisi ixrac edən ölkəyə çevrilmək niyyətindəyik”, – P.Şahbazov
deyib.

Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək elektrik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək
çatdırmğı planlaşdırır.

“Amma bu, yekun hədəf deyil. Yaxın illərdə biz bu məsələni
nəzərdən keçirəcəyik və bərpa olunan enerji mənbələrinin enerji
istehsalında payını daha da artıracağıq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: