Azərbaycan Yaponiyanın humanitar sahədə dəstəyini yüksək qiymətləndirir – BAMF prezidenti

Azərbaycan Yaponiyanın humanitar sahədə dəstəyini yüksək
qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev “Tərtər
Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi”
layihəsi üzrə qrant müqaviləsi imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan üçün ən böyük
problemlərdən biri azad edilmiş ərazilərin minalardan təmizlənməsi
prosesidir.

O əlavə edib ki, Yaponiya və Azərbaycan bu sahədə sıx əməkdaşlıq
edir.

Teqlər: