Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarov Yaponiyanın
xarici işlər nazirinin müavini Honda Taro ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında
yazıb.
“Görüşdə ölkələrimiz arasında iqtisadi, xüsusilə ticarət
əlaqələrinin inkişafı, ikiqat vergitutmanın aradan qaldırılması və
sərmayələrin qorunması, yaşıl enerji sahəsində əməkdaşlıq barədə
müzakirə apardıq. 2019-cu ilin mart ayında “Nazirlərin dəvət
edilməsi” proqramı üzrə Yaponiyaya səfərimi, keçirilən görüşləri
xoş təəssüratla xatırladıq”, – deyə M.Cabbarov qeyd edib.