Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı
verib.

AzerTimes xəbər verir ki, bu
barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu
nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə
başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan
terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, –
məlumatda deyilir.

Teqlər: