Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında
neft emalı zavoduna edilən hücumu pisləyib.
AzerTimes xəbər verir ki, bu
barədə XİN-in “Twitter” hesabında bildirilib.
“Bu günlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft
emalı zavoduna pilotsuz uçuş aparatı vasitəsilə edilən hücumu
pisləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini
pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə bu ölkənin
təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün
həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, – məlumatda
deyilir.