Azərbaycan XİN sel fəlakəti ilə bağlı Almaniya və Belçikaya başsağlığı verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

AzerTimes xəbər verir ki, bununla bağlı XİN-in “Twitter” hesabında qeyd edilib.

Başsağlığında deyilir: “Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk. Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yayındadır”.

Xatırladaq ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə insan itkin düşüb.

Teqlər: