Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Perm şəhərində baş vermiş silahlı hücumla bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında deyilir.
Başsağlığında bildirilir: “Perm Dövlət Universitetinə hücum nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Rusiya xalqına dərin başsağlığı bildiririk. Yaralılara tezliklə sağalmağı arzu edirik”.