Azərbaycan XİN rəhbərinin müavini Argentina Senatının üzvləri ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur
Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici
əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı Azərbaycan
rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin
genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz
regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi
reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq
işləri barədə ətraflı məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin
müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın
Amerikasına səfəri başa çatıb.

Teqlər: