Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, bu barədə XİN-in rəsmi “Twitter” hesabında paylaşım edilib.

“10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq”, -deyə payaşımda qeyd olunub.

Teqlər: