Xəbər - Orxan Nəbiyev – Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki şəhərində baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.
Trend bu barədə XİN-in “Twitter” səhifəsinə istinadən məlumat verir.
Bəyanatda deyilir: “Biz Qotki şəhərində baş verən qatar qəzası ilə bağlı dərindən kədərləndiyimizi ifadə edirik. Həlak olan 30 sərnişinin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Bizim fikirlərimiz və dualarımız bu ağır gündə qardaş Pakistanladır”.