Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində edilən paylaşımda bildirilib.
Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.