Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib:
“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Seninleyiz Türkiye”, – paylaşımda deyilir.