Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən
terror hücumlarını pisləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində
yazılıb.
“Biz İsraildə günahsız insanların ölümünə səbəb olmuş terror
hücumlarını kəskin pisləyirik. Azərbaycan terrordan əziyyət çəkib
və bunun hər bir formasını pisləyir. Biz hücum nəicəsində həyatını
itirmiş şəxslərin ailələrinə, İsrail hökumətinə və xalqına
başsağlığı veririk”, – bəyanatda deyilir.
Qeyd edək ki, son bir həftə ərzində İsrailin müxtəlif
şəhərlərində baş vermiş hücumlar nəticəsində 10-a yaxın şəxs həlak
olub.