Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanı Milli Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.
“Hindistanın Milli Günü münasibətilə Hindistan xalqına və hökumətinə təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
İkitərəfli əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirik.
Milli bayramınız mübarək!”, – paylaşımda qeyd olunub.