Azərbaycan XİN Ermənistanın növbəti əsassız iddiasına cavab verib

Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların
Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi
isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə
qarışmağa cəhd göstərir.

AzerTimes xəbər verir ki, bunu
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi
Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı
Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına dair
KİV-in sualını cavablandırarkən deyib.

“Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə
qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə
çıxarır.

Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa
zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə
götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı
qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də
regional sülh və əminamanlığa töhfə versin”, – o bildirib.

Teqlər: