Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını milli bayram – Kralın Təvəllüd Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.
“Əlahəzrət Kralın rəsmi doğum günü münasibətilə Birləşmiş Krallığın hökumətinə və xalqına ən səmimi arzularımızı çatdırırıq! Biz uzunmüddətli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik, Milli Bayramınız Mübarək!”, – paylaşımda qeyd edilib.