Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş
qondarma “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın
suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha
təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya
bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin
onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu
ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu
hesab edir”, – açıqlamada bildirilir.