Azərbaycan xilasediciləri sonadək qaldı – Çavuşoğlu

Azərbaycan xilasediciləri sonadək qaldı – Çavuşoğlu

Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar”, – Çavuşoğlu qeyd edib.

Teqlər: