Azərbaycan Xəzər dənizində nəhəng qaz ehtiyatlarına malikdir və bu ehtiyatlar müəyyən şərtlərdə istifadə oluna bilər.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov cümə axşamı Moskvada “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan bu gün təbii qaz hasil və ixrac edir, eyni zamanda öz ixrac imkanlarını genişləndirir:
“Ölkənin Xəzər dənizində nəhəng qaz ehtiyatları var, onlar müəyyən şərtlərdə, investisiya təqdirində istifadə oluna bilər”.
Nazir əlavə edib ki, bu gün yüksək qaz qiymətləri digər enerji mənbələrinin, o cümlədən kömürün qiymətini artırır:
“Əgər son yarım il ərzində Avropanın kömür idxalına nəzər salsaq, görərik ki, qaz sahəsinə investisiyaları azaltmaqla və daha çox kömür, daha çox neft məhsulları istifadə etməklə, ekologiyaya daha çox ziyan vururuq. Digər karbohidrogenlərlə müqayisədə daha ekoloji təmiz olan qaz bütün enerji növləri arasında xüsuri rola malik olacaq. Biz bu gün qazla bağlı müxtəlif proqnozları görürük. Bu proqnozlar kəskin fərqlənir. Bu, bir çox hasilatçı və istehlakçı ölkələr üçün problemdir”.
(Tərcümə: Orxan Nəbiyev)