Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il
22 fevral tarixli 2516 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə Sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22
fevral tarixli 2516 nömrəli Sərəncamının birinci hissəsində
“nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal
inkişaf və nəqliyyat” sözləri ilə, “rəis müavini” sözləri “rəisi”
sözü ilə, “Zaur Qurbanov” sözləri “Xəyyam Məmmədov” sözləri ilə
əvəz edilib.