Xəbər - Fidan Babayeva – Trend:
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış “Ticarət Statistikası Portalı”nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.
AzerTimes-ın məlumatına görə, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov “Ticarət Statistikası Portalı”nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:
“Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq”.
A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:
“Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək”
(Tərcümə: Orxan Nəbiyev)