Azərbaycan xarici investorlar üçün çox cəlbedicidir – MÜSİAD (FOTO/VİDEO)

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) davam edir.

Biznes Forumda dünyanın 30 ölkəsindən 550 iş adamı iştirak edir. İlk dəfədir ki, Azərbaycanda bu qədər sayda iş adamı bir yerə toplanır. Tədbirin gedişatı zamanı MÜSİAD başqanı Mahmut Asmalı və qurumun diplomatik əlaqələr şöbəsi başqanı Osman Nuri Önügörən AzerTimes BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin qonağı olub.

Türkiyəli iş adamları Biznes Forumdan gözləntilər, müxtəlif ölkələrdən olan iş adamlarının Azərbaycana böyük marağı, yüzlərlə iş adamının müxtəlif sahələrə sərmayə yatırmaq istəkləri, qarşılıqlı ticari əlaqələrin möhkəmləndirilməsi, gələcək hədəflər barədə danışıblar.

Qeyd edək ki, IBF-in rəsmi media tərəfdaşları AzerTimes BİA, Day.az və turkic.world media layihəsidir.


Videomüsahibəni təqdim edirik.

Teqlər: