Azərbaycan xaricə dəmir yolu ilə 100 min tondan artıq karbamid ixrac edib (FOTO)

2019-cu il oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) 2021-ci il iyun ayı daxil olmaqla “ADY Express” MMC ümumilikdə 100 min tondan artıq karbamid daşıyıb.

“ADY Express” MMC-dən AzerTimes-a verilən məlumata görə, ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidi dəmir yolu ilə xaricə nəqlini davam etdirir.

H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) olan karbamid yarımvaqonlara yüklənərək Gürcüstanın Poti dəniz limanına yola salınır. Vaqonları “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən təqdim edilir.

H.Zeynalabdin-Böyük Kəsik-Poti marşrutu ilə 884 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti limanında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.

Bu dəfə ümumilikdə 500 vaqon vasitəsi ilə 30 min ton karbamidin nəql edilməsi nəzərdə tutulur. Qeyd olunan yükün 2700 tonu 45 vaqona yüklənərək artıq yola salınıb.

Teqlər: