Azərbaycan Xankəndi hava limanına nəzarət edir

Azərbaycan Xankəndi hava limanına nəzarət edir

Xankəndi hava limanı azərbaycanlılar və rusların nəzarəti altındadır, amma rusların özləri də azərbaycanlılar tərəfindən yoxlanılırlar.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağın erməni sakinləri deyiblər.

Ermənilər sülhməramlıların hava limanı vasitəsilə ehtiyacları qarşılamaq üçün müvafiq daşımalara həyata keçirdiklərini, amma onların yüklərinin azərbaycanlılar tərəfindən yoxlanıldığını deyirlər. Sakinlər rus sülhməramlılarının fəaliyyətindən narazı olduqlarını bildirir, onların ərazini tərk etməsinin daha doğru olduğunu deyirlər.

Qeyd edək ki, Xankəndidəki hava limanından sadəcə sülhməramlı kontingentin ərzaq və yanacaq ehtiyatlarının qarşılanması üçün istifadəyə icazə verildiyi vurğulanır.

Teqlər: