Azərbaycan xalqının seçiminə hörmət edirik – Çin XİN

Azərbaycan xalqının seçiminə hörmət edirik – Çin XİN

Biz uğurlu prezident seçkiləri və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərimizi bildiririk.

AzerTimes xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Vanq Venbin gündəlik mətbuat konfransında bildirib.

Azərbaycanın uzun illərdir Çinin dost tərəfdaşı olduğunu söyləyən Vanq Venbin deyib:

“Çin Azərbaycan xalqının seçiminə hörmət edir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”.

Teqlər: