Azərbaycan xalçaları Moskvada nümayiş olunacaq

“Azərxalça” ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək.

Bu barədə AzerTimes-a açıqlamasında “Azərxalça” ASC mətbuat katibi Xatuna Abdullayeva bildirib.

14-16 sentyabr tarixlərində Moskvada təşkil olunan beynəlxalq ev tekstili sərgisi “Heimtextil” də klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçaları nümayiş olunacaq.

Sərgiyə gələnlər modern üslubda əl işi olan məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilər.

Teqlər: