Erməni fəal, bloger İşxan Verdyana qarşı Ermənistanda cinayət işi açılıb.
AzerTimes xəbər verir ki, bunu İşxan Verdyan Oxu.az-a açıqlamasında deyib.
Verdyan casusluqda ittiham olunduğunu bildirib.
Qeyd edək ki, bir müddət İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verməsini istəmişdi.